Dopinqə qarşı mübarizə ayrı-ayrı ölkələrə təzyiq alətinə çevrilməməlidir. Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov hesab edir.
«Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan edilmiş preparatlardan istifadə ilə əlaqədar idmançılara sanksiyaların tətbiq edilməsi bir çox sual doğurur. İdmanda dopinqə qarşı mübarizədə qərəzliliyə yol vermək olmaz", - deyə İ.İsmaylov bu gün “İdmandadopinqəqarşı mübarizəhaqqında" qanun layihəsinin hazırlanması üzrə işçi qrupun parlamentdə keçirilən birinci iclasında bildirib.
Onun sözlərinə görə, idmanda dopinqdən istifadə aktual problemdir. "Gənclik illərində anabolik vasitə qəbul etmiş idmançıların gələcəkdə ciddi problemlərlə üzləşə biləcəyi ilə razıyam. Amma dopinqə qarşı mübarizəni bu və ya digər ölkələrə təzyiq alətinə çevirmək olmaz", - deyə nazir müavini vurğulayıb.*
R.Babayev