SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) “Günəşli” yatağının dayazsulu hissəsində quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
350 nömrəli quyu 11 nömrəli dərin dəniz özülündə qazılıb.
Quyu sutkalıq 90 ton neft və 10 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.**
N.Abbasova