Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vergi qanunvericiliyi və inzibatçılıqda dəyişikliklərə həsr olunan onlayn sorğu keçirir.
“Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün online qaydada sorğu keçirir. Sorğu çərçivəsində vergi qanunvericiliyində və inzibatçılığında dəyişikliklərin edilməsinə dair təkliflər qəbul edilir”, - deyə Mərkəzdən məlumat verilib.
Hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlardan 10 gün müddətində təkliflər qəbul olunacaq. **
A.Əzizov