Hindistanın Bixar ştatında ildırım vurması nəticəsində ən azı 46 nəfər həlak olub. Bu barədə çərşənbə günü “Times of İndia” qəzeti xəbər verir.
Daha 25 nəfər yaralanıb.
Məlumata görə, ölənlərin sayının artacağı istisna olunmur.
Ölkənin şərqində ildırım çaxmaları ilə müşayiət olunan leysan yağışları ara vermir. Qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcək.*