Azərbaycan iyun ayının əvvəlindən Rusiyaya 57,5 tonqarpız, 16 ton yemiş məhsulu ixrac edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Təkcə iyun ayı ərzində 57,5 tonqarpız, 16 ton yemiş məhsulu Rusiya Federasiyasına ixrac olunub. İxraca yönələn məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır. Müayinələr zamanı məhsullarda insan saglamlığı ücün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməyib”, - deyə nazirlikdən qeyd ediblər.
Nazirlik istehlakcıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə və soyuducuda çox saxlamamağı tövsiyyə edir. **
A.Əzizov