2016-cı ilin oktyabr ayında Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasına dair danışıqlara başlamağı planlaşdırır. Bu barədə cümə axşamı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bəyan edib.
“Bu ilin oktyabrında Avropa İttifaqı Şurası tərəfindən Avropa Komissiyasına Azərbaycanla strateji tərəfdaşlığa dair danışıqların başlanması üçün mandat verilməsi gözlənilir”, - deyə M.Məmmədquliyev bildirib.
O xatırladıb ki, ötən il Riqa sammitindəAzərbaycan Aİ-yə strateji tərəfdaşlığa dair saziş layihəsi təqdim edib.
Sənəddə həmçinin miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. “Bu sazişin imzalanması Azərbaycan Aİ arasında əməkdaşlığı yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq”, - deyə nazir müavini əlavə edib.
M.Məmmədquliyev qeyd edib ki. Azərbaycan və Aİ siyasi dialoqun bərpası məsələsi üzərində çalışır. “Cari ilin ikinci yarısında Aİ-də altkomitələrin iclaslarının keçirilməsi planlaşdırlır. Bundan başqa, aviasiya sahəsində əməkdaşlığa dair danışıqları bərpa etməyə hazırıq”, - deyə nazir müavini vurğulayıb. **
F.İsazadə