Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” siyasətiçərçivəsində Azərbaycan və digər ölkələrlə əməkdaşlığı davam etdirəcək. Bu barədə Avropa İttifaqının Bakı Ofisinin rəhbəri Malena Mard Bakıda “Azərbaycan Mobillik naminə Tərəfdaşlıq” konfransında çıxışı zamanı deyib.
“Aİ “Şərq Tərəfdaşlığı” siyasətiçərçivəsində Azərbaycan və digər ölkələrləmühüm sahələr üzrə əməkdaşlığı davam etdirmək niyyətindədir”, - deyə M.Mard bildirib.
Onun sözlərinə görə, bu il Aİ-Azərbaycan əməkdaşlığının 25 illiyi qeyd olunur və bu əlaqələrin yaxşı perspektivləri var. “Əməkdaşlığımız dərinləşməkdədir və əhatə dairsəini genişləndirir. Bu sahələrdən biri insanlar arasında əlaqələrdir”, - deyə o əlavə edib. **
F.İsazadə