2016-cı ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 749 mln. 152,7 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 742,9 min nəfər (azalma 19,6%), dəniz nəqliyyatı ilə 6,6 min nəfər (artım 2,2 dəfə), hava nəqliyyatı ilə 627 min nəfər (azalma 0,1%), metro vasitəsi ilə 91 mln. 663,4 min sərnişin (azalma 2,7%) daşınıb.
2016-cı ilin yanvar-may aylarında avtomobil nəqliyyatı vasitələri ilə 656 mln. 112,8 min sərnişin (artım 2,5%), avtobuslarla 630 mln. 159,6 min sərnişin (artım 2,5%), taksilərlə 25 mln. 953,2 min sərnişin (artım 3,1%) daşınıb.*
N.Abbasova