2016-cı ilin sentyabr ayında Avropa İttifaqının Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq üzrə alt komitələrinin iclasları keçiriləcək. Bu barədə cüm axşamı jurnalistlərə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.
“Cari il sentyabr ayında Avropa İttifaqının Azərbaycan üzrə 4 alt komitənin iclası keçiriləcək. Biz Azərbaycan-Aİ əlaqələrində intensiv payızın şahidi olacağıq”, - deyə M.Mard vurğulayıb.
Onun sözlərinə görə, alt komitələrin iclasında Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq razılaşmaları çərçivəsində bütün mövzuları müzakirə etmək imkanı yaranacaq.
“Bu, təhsil, insanlararası əlaqələr, ticarət, təhlükəsizlik, insan haqqlarının müdafiəsi və azadlıq kimi mövzulardır”, - deyə o əlavə edib. **
F.İsazadə