İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev qeyd edir ki, Azərbaycanda avtomobil vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə qüvvədə olan tariflərin təkrar baxılmasına ehtiyac yoxdur
“Hazırda Azərbaycanda AVSMMİS üzrə tariflərin artırılmasına ehtiyac yoxdur”, - deyə E.Quliyev cümə axşamı jurnalistlərə bildirib.
Onun rəyinə görə, Azərbaycanda AVSMMİS üzrə zərərlilik səviyyəsi yüksək deyil. “Xarici ölkələrdə icbari sığorta üzrə zərərlilik 98-99% təşkil edir. Azərbaycanda bu göstərici kifayət qədər aşağı səviyyədədir”, - deyə o əlavə edib.
E.Quliyev qeyd edib ki, AVSMMİS üzrə xidmətlər göstərən şirkətlərdə ən böyük problem agentlərə ödənilən yüksək komissiya ilə bağlıdır. “Lakin Maliyyə Bazarlarına Nəzarət Palatası bu problemin həll üçün tədbirlər görür”, - deyə o vurğulayıb. **
A.Axundov