“SOCAR Trading” ticarət şirkəti (SOCAR-ın törəməsi, ARDNŞ) 2015-ci ildə dünya bazralarına 46 mln. xam neft satıb, bu da 2014-cü ilin göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“2015-ci ildə “SOCAR Trading”in satdığı neftin ümumi həcminin 23 mln. tonu Azərbaycan neftinin, daha 23 mln. tonu üçüncü tərəflərin neftinin payına düşüb”, - deyə şirkətdən qeyd ediblər.
SOCAR-ın məlumatına görə, 2015-ci ildə Azərbaycan neftinin satış həcmi 2014-cü illə müqayisədə 8% azalıb, üçüncü tərəflərin neftinin satış həcmi isə 9,5% artıb.
Bütövlükdə, 2008-2015-ci illərdə “SOCAR Trading” dünya bazarlarına 279 mln. ton xam neft satıb, bunun 181 mln. tonu Azərbaycan nefti, 98 mln. tonu üçüncü tərəflərin neftinin payına düşüb. Şirkət 2009-cu idən üçüncü tərəflərin neftinin satışı əməliyyatlarına başlayıb.
“SOCAR Trading” şirkəti 2007-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. “SOCAR Trading SA” beynəlxalq bazarlarda neft və qaz satışı üzrə əməliyyatlarla məşğul olur.
Hazırda şirkətin Cenevrə, Sinqapur, Kalqari, Dubay, London, Hyustonda ofisləri fəaliyyət göstərir. **
N.Abbasova