Rəsmi məlumatlara əsasən Azərbaycanda 28,5 mindən artıq şəxs narkotik maddə istifadəçisidir. Bu barədə Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov məlumat verib.
"31 dekabr 2015-ci il tarixinə olan məlumata görə Azərbaycanda 28,555 min nəfər narkotik istifadəçisidir", - deyə o, "Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu" mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, onlardan 20,036 min nəfər opioid (heroin, kokain, koks və s.), 8,519 min nəfər kannbioid (marixuana və s.) istifadəçisidir.
"Narkoloji dispanserlərdə müalicə alan 23,153 min narkoman qeydiyyata alınıb. Bundan başqa, profilaktik müalicə anaların sayı 5,402 min nəfərdir. 583 nəfər anonim müalicə alır, 158 nəfər isə toksikomandır", - deyə mərkəzin direktoru qeyd edib.
O vurğulayıb ki, respublikada narkomanlardan 592 nəfəri qadındır.
«2015-ci ildə respublikada 2,017 min narkoman qeydiyyata alınıb, onlardan 1,432 min nəfəri dispanserlərdə müalicə alır, 585 nəfərlə bağlı profilaktik tədbirlər görülür», - deyə T.Məmmədhəsənov bildirib.
O əlavə edib ki, 2015-ci ildə 2,833 min nəfər narkomoniyadan müalicə olunmaq məqsədilə könüllü şəkildə narkoloji dispanserlərə müraciət edib.*
R.Babayev