ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədr-ölkələri qısa zamanda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın yeni görüşünü təşkil etməyi planlaşdırır. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Urolik bəyan edib.
“Növbəti görüşün təsdiq olunmuş tarixi hələlik olmasa da, lakin ABŞ, Rusiya və Fransa, həmsədr-ölkələr olaraq, prezidentərin yeni görüşünün mümkün dərəcədə tezlikləı təşkilinə çalışırlar”, - deyə Ermənistan mətbuatı diplomatın sözlərinə istinad edir.
O həmçinin bəyan edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri “Dağlıq Qarabağın mövqeyinin təqdim olunmasını” vacib hesab edirlər.
C.Uorlikin sözlərinə görə, Qarabağ münaqişəsi tərəfləri nizamlanma üçün etimad mexanizmlərinin formalaşdırılmasını təmin etməyə yönəliblər.
“Tərəflər etimad mexanizmlərinin formalaşmasının təmin olunması, həmçinin ATƏT-in araşdırma mexanizmlərinin formalaşdırılması məsələsinə tərəfdar olaraq qalırlar. Vasitəçilər qeyd edilən mexanizmlərin formalaşması məsələsi ilə yanaşı hərtərəfli nizamlanmaya dair müzakirələr ətrafında işi davam etdirəcəklər”, - deyə C.Uorlik vurğulayıb. **