2015-ci il ərzində Azərbaycanın bank sisteminin xalis zərəri 2014-cü ilin yekunları üzrə 458 mln. manat məbləğində xalis mənfəətə qarşı 345 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“2015-ci ildə bankların gəlirliliyinə iki əsas amil təsir edib: aktivlər üzrə ehtiyatların artımı və manatın devalvasiyası. Nəticədə, 2015-ci ilin yekunları üzrə Azərbaycanın bank sisteminin xalis zərəri 345 mln. manat təşkil edib. Baxmayaraq ki, 2014-cü ilin yekunları üzrə bank 458 mln. manat məbləğində xalis mənfəət əldə edib”, - deyə AMB-dan qeyd ediblər.
2015-ci ildə bankların faiz dərəcələri 14% - 2 mlrd. 525 mln. manatadək artıb və Azərbaycanın bank sisteminin bütün gəlirlərinin 88%-ni təşkil edib. Ötən il ərzində faiz xəcləri 16% - 1 mlrd. 147 mln. manatadək artıb.
2015-ci ildə bankların faizsiz zərəri 764 mln. manat təşkil edib (2014-cü illə müqayisədə artım 77%). Bununla belə, ötən il müşatərilərin xidmətləri və digər əməliyyatlar üzrə bankların faizsiz gəlirləri 52% - 238 mln. manatadək azalıb.
1 yanvar 2016-cı il tarixinə Azərbaycanda 43 bank fəaliyyət lisensiyasına malikdir. **
A.Əzizov