Bakı və Kiyev aviasiya sənayesi sahəsində və “İpək yolu” layihəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək
30 iyun-1 iyul tarixlərində Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib.
Onun sözlərinə görə, tərəflər məsələlərin geniş spektrini müzakirə etmək niyyətindədirlər.
“Biz həmçinin aviasiya sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırıq. O cümlədən, iclasda Ukraynanın “İpək yolu” layihəsində iştirakı məsələsinə baxılacaq”, - deyə diplomat vurğulayıb.
A.Mişenko əlavə edib ki, Ukrayna ilə yanaşı Polşa da bu layihədə iştirakda maraqlıdır. “Prezidentlər Şurasının iclasını təşkil etmək məqsədilə əməkdaşlığımızı şəffaflaşdırmalıyıq”, - deyə o bildirib. **
F.İsazadə