Azərbaycanda dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,7% komplektləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, dövlət qulluqçularının orta aylıq əmək haqqı 2015-ci ildə 611,9 manat təşkil edib.
2016-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfərdir və onların 29,2%-ni qadınlar təşkil edir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,9%, 30-34 yaşda 15%, 35-44 yaşda 21,8%, 45-54 yaşda 24,3%, 55-62 yaşda 17,5%, 65 yaşdan yaşdam yuxarı 3,5%. **
R.Babayev