İranın nüvə proqramı ilə bağlı məsələlər nizamlandıqdan sonra bu ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulması üçün maneələr qalmayıb. Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
"Hesab edirik ki, nüvə problemi həll olunduqdan, BMT sanksiyaları aradan qaldırıldıqdan sonra İranın ərizəsi (ŞƏT-ə qoşulma haqqında – İF) ilə bağlı müsbət qərarın verilməsi üçün heç bir maneə qalmayıb", - deyə o, ŞƏT sammitində çıxışı zamanı bildirib.*