Böyük Britaniya Avropa İttifaqının üzvü olanda güclü idi. Bu barədə cümə günü Amerika mətbuatı Ağ Evə istinadən məlumat verib.
“Ağ Ev britaniyalıların Aİ-ni tərk etmək qərarından məyusdur. Prezident bəyan edib ki, Böyük Britaniya Avropa ilə tam gücü ilə işləyəndə güclü idi”, - deyə məlumatda deyilir.
Amerika prezidentinin iqamətgahından bildiriblər ki, Barak Obama yaxın zamanda Britaniyanın Aİ-də üzvlüyünə dair referendumun nəticələri ilə bağlı Böyük Britaniyanın baş naizir Devid Kemeronla telefon əlaqəsi quracaq. **