Əli Abdullayev rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Müvafiq sərəncam prezident İlham Əliyev tərəfindən iyunun 23-də imzalanıb.
Yeni təyinata qədər Ə.Abdullayev nazirliyin aparatının rəhbəri olub.*
N.Abbasova