Azərbaycanda ailənin 4 üzvü yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində rayon sakini Fazil Rzaxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Xəlil Qubadovu, arvadı Ruhiyyəni, qızları Fidanı və Fizzəni vurub hadisə yerini tərk edib. Piyadalar xəstəxanaya yerləşdiriliblər”, - deyə nazirlikdən qeyd ediblər.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Jiquli”nin sürücüsü F.Rzaxanov saxlanılıb. **
R.Babayev