Ucar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümünə səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Ucar rayonunun Türkəçi kəndində rayon sakini Zakir Bəkirov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinlərindən Soltanəli İbrahimov hadisə yerində ölüb”, - deyə nazirlikdən qeyd ediblər.
Bundan başqa, digər iki sərnişin xəstəxanaya yerləşdirilib. **
R.Babayev