Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, turizm, şəxsi kontraktla təhsil alan tələbələrin və tranzit vizalarının rəsmiləşdirilməsi üçün birdəfəlik rüsum ləğv edilir.
Düzəlişlərin mətni cümə günü dövlət başçısının saytında dərc olunub.
Bundan başqa, qanuna düzəlişlər birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun $50-dən $20-dək azalmasını nəzərdə tutur. **
R.Babayev