Almaniyanin XİN başçısı, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştanmayer iyunun 30-da Azərbaycana səfər edəcək. Bu barədə yerli mətbuat məlumat verir.
Cümə axşamı o Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək.
Görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması yolları və Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığın inkişaf məsələləri müzakirə olunacaq.
Səfər F.V.Ştanmayerin Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində keçiriləcək. **
R.Babayev