Macarıstan Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın genişləndirilməsi məsələsində yardım etməyə hazırdır. Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto bu gün Bakıda keçirilən Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində bildirib.
"Biz Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair sazişin mümkün qədər tez imzalanmasına tərəfdarıq. Bütövlükdə Macarıstan Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişaf etməsini istəyir və və biz bu məsələnin həllinə töhfə verməyə hazırıq", - deyə nazir vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılması məsələsində də Macarıstanın dəstəyinə arxalana bilər. "Bu məsələ ilə bağlı danışıqlar aparılarkən Azərbaycan bizim dəstəyimizə arxayın ola bilər”, – deyə P.Siyarto söyləyib.*
N.Abbasova