İyunun 27-də Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan tarixdə 71 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.
Bundan başqa, cinayət törətdiklərinə görə 66 nəfər tutulub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.**
R.Babayev