Dəryal dərəsində selin yuduğu Gürcüstan hərbi yolunun bir hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti qadağan olunması ilə əlaqədar, Gürcüstan Daxili İşlər Nazirliyi Rusiyaya səfər edən vətəndaşlara vətəndaşlara Azərbaycan ərazisindən keçən alternativ yoldan istifadə etməyi təklif edib.
Çərşənbə axşanı Gürcüstan DİN-dən məlumat verilib ki, Gürcüstandan Rusiyaya gedən vətəndaşlar Şida Kartli regionundan (Şərqi Gürcüstan) “Qırmızı körpü” və “Vaxtanqisi” sərhəd-keçid məntəqələri, həmçinin Kaxetiya regionundan “Laqodexi-Tsodna” sərhəd-keçid məntəqəsi ərazisindən keçə bilərlər.
Bununla belə, nazirlik qeyd edir ki, “Qırmızı körpü” və“Laqodexi-Tsodna” sərhəd-keçid məntəqəsi ərazisindən bütün növ avtonəqliyyat vasitələrinin, “Vaxtanqisi” sərhəd-keçid məntəqəsindən isə yalnız minik avtomobillərinin keçməsinə icavə verilir.
“Hər üç halda Rusiyaya getmək istəyən vətəndaşlar Bakıya gələrək Maxaçkala ərazisindən təyinat yerinə çatacaqlar”, - deyə məlumatda deyilir. **