Skandinaviya Azərbaycanlıları Konqresi faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz bəyanatı yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bununla əlaqədar İsveç baş nazirinə, Xarici İşlər Nazirliyinə, İsveç parlamentinə, İsveçdəki Avropa Evinə və bir neçə yəhudi cəmiyyətinə bəyanat göndərib.
Bəyanatda qeyd olunur ki, “Ermənistanın bu addımı nasist ideologiyasının yenidən dirçəlməsi kimi qiymətləndirilir və Ermənistan rəhbərliyi Hitler nasizminin əlaltıları haqqında qəhrəman imici yaratmağa cəhd göstərir”.*
R.Babayev