Ankaranın Tel-Əviv və Moskva ilə münasibətlərinin normallaşması Böyük Britaniyada Avropa İttifaqından çıxmağa dair referendumun nəticələri (Brexit) ilə əlaqədar deyil. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
“Bu sadəcə təsadüfdür. Bu proseslər bir-birilə əlaqəli deyil”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Türkiyə İsrail və Rusiya ilə əməkdaşlıqda maraqlıdır, necə ki, həmin dövlətlər Ankara ilə münasibətlərin qurulmasına ehtiyac duyurlar.
“İsrail Türkiyə ilə yaxşı münasibətlərə ehtiyac duyur. Öz növbəsində, Türkiyənin də İsrail ilə yaxşı əlaqələrə ehtiyacı var. Eynilə Türkiyə və Rusiya qarşılıqlı əməkdaşlıqda maraqlıdır”, - deyə R.Musabəyov vurğulaylb.
Politoloq hesab edir ki, bu halda hansı tərəfin üzr stədiyinin əhəmiyyəti yoxdur. “Əməkdaşlıq imkanına mənfi təsir edən çox xoşagəlməz insidentlər baş verdi. Ancaq mövcud vəziyyətdən çıxış yolu axtarmaq lazımdır. İsrailin özünə kifayət qədər hörmət qoyduğu dövlət olmasına baxmayaraq, Ankaradan üzr istəyərək kompensasiya ödənilməsini mümkün hesab etdi. Türkiyə Rusiya ilə münasibətlərində də eyni addımı atır, çünki yaxşı əlaqələrə ehtiyac duyur”, - deyə parlamentari vurğulayıb. **
R.Babayev