"Silk Way West Airlines" şirkəti Bakıdan Sinqapura birbaşa müntəzəm uçuşa başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Uçuşlar həftədə iki dəfə B747-8F yük təyyarəsi ilə yerinə yetiriləcək və "Silk Way West Airlines" şirkətinin dünya üzrə xidmət etdiyi digər istiqamətləri birləşdirəcək”, - deyə məlumatda qeyd olunur.
"Silk Way West Airlines" şirkətinin əsas qərargahı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı (GYD) Asiyadan Avropaya olan marşrutlar üzrə coğrafi üstünlüklər təklif edir. Asiya, Yaxın Şərq və MDB ölkələri üzrə daim böyüyən şəbəkə və rəqabətədavamlı yanacaq qiymətləri aviaşirkətin donanmasına əlavə üstünlük verir.
"Silk Way West Airlines" aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına 3 “Вoeing 747-8F” və 2 “Вoeing 747-400F” təyyarəsi daxildir.*
A.Əzizov