“Silk Way West Airlines” aviaşirkəti 2016-cı ilin III rübdə Вoeing 747-8F təyyarəsi alacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə aviaşirkətdən məlumat verilib.
2016-cı ilin üçüncü rübündə daha bir Вoeing 747-8F təyyarəsinin gətirilməsi gözlənilir. Bundan sonra aviaşirkətin hava gəmiləri parkının sayı 6-dək artacaq”, - deyə şirkətdən qeyd ediblər.
Hazırda şirkətin parkına 3 ədəd Вoeing 747-8F və 2 ədəd Вoeing 747-400F təyyarəsi daxildir.
“Yeni təyyarənin gətirlməsi aviaşirkətə ABŞ-a yeni istiqamətlər daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək”, - deyə məlumatda vurğulanır.
“Silk Way West Airlines” aviaşirkəti Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının Operator Sertifikatını əldə etdikdən sonra 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlayıb. **
A.Əzizov