Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında əməkdaşlıq üzrəDövlət Komissiyasının tərkibinə dəyişiklikləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentin sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə komissiyanın sədri təyin edilib.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Bağırov, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi rəisinin müavini Vüqar Hüseynov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov komissiyanın tərkibinə daxil edilib.
Bundan başqa, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, təhsil naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov və ədliyyə nazirinin müavini Toğrul Musayev də komissiyanın tərkibinə daxildir.
Xarici İşlər Nazirliyinə bu Sərəncamla edilən dəyişikliklər barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə bildiriş göndərmək tapşırılıb.*
R.Babayev