Etibar Abbasov "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
E.Abbasova qədər dövlət şirkətinin rəhbəri olmuş Zakir İbrahimov prezident İlham Əliyevin sərəncamı ilə yeni yaradılan "AzerGold" QSC-nin İdarə Heyətinin sədri təyin olunduqdan sonra "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri vəzifəsi 2016-cı ilin may ayından boş idi.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında “Təmiz Şəhər” ASC-ni qeydiyyata alıb.*
A.Əzizov