SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) 2016-cı ilin birinci rübündə Türkiyənin daxili bazarında $84,2 mln. məbləğində 330,4 mln. kubmetr qaz satıb. Bu barədə SOCAR-
ın İnvestisiyalar Departamentinin rəhbəri Vaqif Əliyev çərşənbə axşamı qeyri-hökumət təşkilatları ilə görüşdə çxışında bəyan edib.
“2016-cı ilin birinci rübündə SOCAR-ın Türkiyədə qaz satışının həcmi 330,4 mln. kubmetr təşkil edib. Bununla belə, qaz satışından ümumi gəlir $84,2 mln. təşkil edib”, - deyə o qeyd edib.
Türkiyə tərəfi ilə razılığa əsasən, SOCAR-ın bu ölkənin daxili bazarında reallaşdıracağı illik qazın həcmi 1,2 mlrd. kubmetr təşkil edir. Həmçinin şirkət Petkim neft-kimya kompleksini qazla təchiz edir. **
N.Abbasova