Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbul aeroportunda törədilən terror aktını qınayıb və ölkələri terrorçuluqla qəti mübarizəyə çağırıb. Bu barədə Associated Press agentliyi məlumat verir.
“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müsəlmanlar üçün müqəddəs Ramazan ayında İstanbulun Atatürk aeroportunda törədilən terror aktını qınayan bəyanatla çıxış edib”, - deyə məlumatda deylir.
Prezidentin sözlərinə görə, bu hücum “din və dəyərlərə fərq qoyulmadan terrorçuluğun zərbə endirdiyini” nümayiş edir.
R.T.Ərdoğan dünya birliyini terrorçuluğa qarşı mübarizədə sarsılmaz mövqe tutmağa çağırıb və öz tərəfindən terror qruplaşmaları ilə bu mübarizəni davam etdirməyə söz verdi.
“Türkiyə terrorçuluqla sonuna qədər mübarizəni davam etdirmək üçün gücə, qətiyyətə və imkana malikdir”, - deyə prezident bəyan edib.
“Əgər dövlətlər bütün bəşəriyyət kimi terror təşkilatlarına qarşı güvvələrini birləşdirə bilməsələr, fikirlərimizdəki kabuslar bir-birinin ardınca həyatda baş verəcək”, - deyə o vurğulayıb. **