Azərbaycanda yeni qaz-kimya kompleksinin tikintisi $4 mlrd. dəyərində qiymətləndirilir. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) vitse-prezidenti Süleyman Qasımov çərşənbə axşamı juralistlərə bildirib.
“Söhbət əvvəlki kimi, Neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) layihəsinin reallaşdırılmasından gedir. İlkin mərhələyə qaz emalı və neft-kimya zavodlarının tikintisi daxildir. Ancaq layihə üzrə xcərclərin azalması məqsədilə layihənin parametrlərni bir qədər dəyişmək və gələcəkdə qaz emalı zavodunun illik gücünün 12 mlrd.-dan 10 mlrd.-a qədər azaltmaq qərarına gəldik. İndi layihənin dəyəri $4 mlrd. səviyyəsində qiymətləndirilir”, - deyə S.Qasımov bildirib.
O xatırladıb ki, SOCAR qaz emalı və neft-kimya zavodlarının tikintisinə tərfdaş qismində Yaponiyadan olan şirkətləri cəlb etməyi planlaşdırır. Lakin danışıqlar uğursuz olub: layihə üzrə tətləb edilən xərcləri nəzərə alaraq Yaponiya şirkətləri üçün onun reallaşdırılması cəlbedici qəbul olunmayıb.
Vitse-prezident qeyd edib ki, 2016-cı ilin iyun ayında Azərbaycanda yeni qaz-kimya kompleksi layihəsinin həyata keçirilməsi məqsədilə SOCAR Çinin Milli Neft Şirkəti (CNPC), həmçinin Rusiyanın “Qazpronbank”ı, “ЭКСАР” ixrac kredit agentliyi və İtaliyanın SACE ixrac kredit agentliyi ilə anlaşma memorandumu imzalayıb.
“Hazırda bizim üçün daha münasib olanı seçmək məqsədilə həm CNPC, həm də Rusiya-İtaliya tərəfdaşlarının təkliflərini dəyərləndiririk. Bundan başqa, neftin qiyməti artacağı halda Yaponiya şirkətləri bir daha bu layihənin reallaşdırılması məsələsinə qayıda bilərlər”, - deyə S.Qasımov vurğulayıb.
1 iyun 2016-cı il tarixində SOCAR və CNPC arasında neft-qaz və neft-kimya sahələrində birgə fəaliyyət haqqında memorandum imzalanıb.
SOCAR və CNPC iyunun 1-də neft-qaz və neft-kimya sahələrində birgə fəaliyyət haqqında Anlaşma Memorandumu imzalayıb. SOCAR prezidenti Rövnəq Abdullayevin izah etdiyi kimi,
CNPC şirkəti və Çinin “Exim” və digər banklarından kredit cəlb etməklə bu layihədə investor və payçı kimi iştirak etməyi təklif olunub.
Bununla yanaşı, 17 iyun 2016-cı il tarixində Sankt-Petrburqda SOCAR, SACE, ЭКСАР və “Qazprombank” arasında Azərbaycanda qaz emalı və qaz-kimya zavodlarının daxil olduğu kompleksin maliyyələşdirilməsi və tikintisinə dair Anlaşma Memorandumu imzalanıb.
“Qazprombank”ın məlumatına görə, ilkin qiymətləndirmələrə görə, layihənin ümumi investisiya büdcəsi $3,5 mlrd. təşkil edir. Layihə üçün Rusiya avadanlığı və materialların tədarükünün potensial həcmi və rus podratçəlarının tikinti-quraşdırma xidmətlərinin qiyməti layihənin dəyərinin 20%dək təşkil edəcək.
Xəbər verildiyi kimi, layihənin I mərhələsinin dəyəri $7 mlrd. təşkil edir. Kreditlər üzrə faizlərin ödənilməsi nəzərə alınmaqla ümumilikdə bu layihənin dəyəri $8,45 mlrd. təşkil edir. Birinci mərhələnin gəlirliliyi 20%-dən çox, investisiya xərclərinin çıxarılma müddəti 4-5 ildir. Birinci mərhələdə illik istehsal gücü 12 mlrd. kubmetr olan qaz emalı zavodunun və ildə 860 min ton polimer (yüksək və aşağı sıxlıqlı polietilen və polipropilen) istehsalını nəzərdə tutan neft-kimya zavodunun, avtonom enerji bloku daxil olmaqla ümumi zavod təsərrüfatının tikintisi planlaşdırılır. **
N.Abbasova