İyunun 28-də Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan tarixdə 67 cinayət faktı qeydə alınıb, onların 20-si “isti izlər”lə açılıb.
Bundan başqa, cinayət törətdiklərinə görə 60 nəfər tutulub.
Həmçinin narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli 9, silah saxlanması ilə bağlı bir fakt müəyyən edilib. **
R.Babayev