Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer Ermənistan-Azərbaycan münaqişəsinin istənilən vaxt qaynar fazaya keçə biləcəyindən ehtiyat edir. Bu barədə ATƏT-in saytında məlumat verilir.
“Dağlıq Qarabağmünaqişəsinin eskalasiya riski qalmaqdadır", - deyə o, Cənubi Qafqaz ölkələrinə üçgünlük səfərə yola düşməzdən öncə jurnalistlərə açıqlamasında deyib.
XİN başçısı vurğulayıb ki, Avropada vəziyyətin ciddiliyinə baxmayaraq, Cənubi Qafqazda cərəyan edən prosesləri də diqqətdən kənarda qoymaq olmaz. “ATƏT-in sədrləri kimi biz mümkün risklərə görə məsuliyyət daşıyırıq”, - deyə Frank Valter Ştaynmayer bildirib.
O, Ermənistan-Azərbaycan münaqişəsi zonasında gərginliyin artmasına yol verməmək üçün atəşkəs rejiminin möhkəmləndirilməsi, etimadın yaradılması və münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların davam etdirilməsi kimi tədbirlərin vacibliyini qeyd edib.*
R.Babayev