Azərbaycan bu ağır günlərdə Türkiyənin yanındadır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefon danışığı zamanı bəyan edib.Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanındadır”, - deyə İ.Əliyev İstanbulun Atatürk hava limanında terror aktı törədən terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyib.
Dövlət başçısı terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Türkiyə prezidenti İ.Əliyevə göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. **
R.Babayev