2015-ci ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 2014-cü ildə qeydə alınmış 1 mln. 211,538 min manat məbləğində zərərə qarşı 23 mln. 594,28 min manat təşkil edib.
ARDNF-in 2015-ci il üzrə maliyyə hesabatı PWC beynəlxalq auditor şirkəti tərəfindən təsdiq edilib.
Dərc edilmiş maliyyə hesabatına əsasən, ötən il fondun əməliyyat gəliri 2014-cü il üzrə 1 mln. 165,557 min manatlıq əməliyyat zərərinə qarşı 23 mln. 619,217 min manat təşkil edib. Gəlirlərin əsas hissəsi - 22 mln. 460,879 min manat məzənnə fərqindən əldə edilib.
2015-ci ildə ARDNF-in aktivləri manat ekvivalentində 78% - 52 mlrd. 115,249 mln. manatadək, o cümlədən cari aktivləri 73,2% - 44 mlrd. 373,416 mln. manatadək, uzunmüddətli aktivləri 2,1 dəfə - 7 mlrd. 741,833 mln. manatadək artıb.
Hesabat ilində fondun öhdəlikləri 3,1 dəfə - 48,345 mln. manatadək artıb.
2015-ci ildə ARDNF-in kapitalı 77,9% - 52 mlrd. 53,095 mln. manatadək, o cümlədən kapital qoyuluşları 28 mlrd. 292,786 mln. manat (azalma 5,9%) artıb.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Əzizov