Azərbaycanın bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bəyan edib.
“Hava limanları daxil olmaqla, AZAL-ın bütün strukturları gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Xüsusilə, terminallara girişdə nəzarət tədbirləri gücləndirilib. Hava limanlarında təyyarə və digər obyektlər ciddi yoxlanılır”, - deyə P.Kəsəmənski bildirib.
Onun sözlərinə görə, hazırda AZAL aviaşirkəti İstanbulun Atatürk limanına normal rejimdə uçuşlar həyata keçirir. **
R.Babayev