Prezident İlham Əliyev Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 5 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında verilən məlumata görə, müvafiq sərəncam iyunun 29-da imzalanıb.
Qeyd olunan vəsait Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.*
A.Əzizov