ABŞ prezidenti Barak Obama Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı Rusiya və İsrail ilə münasibətlərin normallaşmasına yönələn addımlara görə minnətdarlığını bildirib.
“ABŞ prezidenti R.Ərdoğanın və Türkiyə hökumətinin bu həftə İsrail ilə münasibətlərin normallaşması, həmçininRusiya ilə münasibətlərdə gərginliyi azaltmaq istiqamətində atdığı addımları yüksək qiymətləndirib”, - deyə Ağ Evin saytında dərc olunan məlumatda deyilir.
B.Obama həmçinin Amerika xalqı adından İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə əlaqədar başsağlığı verib və bir daha ABŞ-ın Türkiyə ilə həmrəyliyini təsdiqləyib. “Bu terror aktı, mart ayında Brüssel aeroportunda törədilən terror aktı kimi, bütün dünya birliynə qarşı yönəlmişdi”, - deyə Amerika prezidenti bəyan edib.
B.Obama istintaqın aparılmasında Türkiyə hökumətinə istənilən yardım təklif edib və gələcəkdə də terrorçuluqla mübarizədə Türkiyə və bütün tərəfdaşları ilə əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb. **