Ermənistan parlamenti cümə axşamı keçirilən növbədənkənar iclasda Rusiya ilə Ermənistan arasında birgə Hava Hücumundan Müdafiə sisteminin yaradılması ilə bağlı sazişi ratifikasiya edib.
“İnterfaks”ın müxbirinin məlumatına görə, 102 deputat sənədin “leyihə”, 8 nəfər “əleyhinə” səs verib.
Öncə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bəyan edib ki, birgə Hava Hücumundan Müdafiə sistemi Ermənistana dördüncü nəsil qırıcıları, həmçinin C-300 zenit-raket kompleksi sistemindən istifadə etməyə imkan verəcək.
“Bu saziş çərçivəsində regional hava hücumlarının həyata keçirilməsi zamanı, misal üçün, Rusiyanın çoxfunksiyalı dördüncü nəsil qırıcıları, C-300 sistemləri, raket əleyhinə imkanlar, hava kəşfiyyatı çərçivəsində geniş radiolokasiya imkanlarından istifadə edə biləcəyik”, - deyə S,Ohanyan Ermənistanın İctimai televiziyasına müsahibəsində bildirib.
O həmçinin qeyd edib ki, din cvə hərbi şəraitdə Ermənistan HHM və aviasiya qüvvələrinin komandanlığı HHM-nin Ermənistan hissəsinin idarəolunmasını həyata keçirəcək.
Dekabrın 23-də Moskvada Rusiya ilə Ermənistan arasında Kollektiv təhlükəsizliyin Qafqazda regional birgə HHM sisteminin yaradılması ilə bağlı saziş imzalanıb. **