Türkiyənin hüquq-mühafizə orqanları İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı 13 nəfəri saxlayıb. Bu barədə Türkiyənin “Hürriyyet” qəzetinin saytında məlumat verilir.
Məlumata əsasən, polislər bu səhər İstanbulda 16 ünvanda əməliyyat keçirib. Tutulan 13 nəfərdən 3-nün əcnəbi olduğu bildirilir.
Son məlumatlara əsasən. Atatürk hava limanında törədilən terror aktı nəticəsində 41 nəfər ölüb. Onların arasında 10 nəfər əcnəbidir, 3 nəfərin ikili vətəndaşlığı var. Biri Rusiya vətəndaşı daxil olmaqla, 239 nəfər yaralanıb. **