Azərbaycanın hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşına qanunsuz silah satmağı planlaşdıran 4 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşına 1 ədəd avtomat, patron və patron darağı olan qutunu 1,3 min manata satmağı planlaşdıran 4 nəfəri saxlayıb”, - deyə nazirlikdən qeyd ediblər.
Bundan başqa, saxlanılan şəxslərdən birinin evinə baxış zamanı qumbara aşkar edilərək götürülüb. **
A.Əzizov