Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qarabağ nizamlanmasında status-kvonun saxlanılmasını qəbuledilməz hesab edir.
“Qarabağ münaqişəsində status-kvonun saxlanılması qəbuledilməzdir. Erməni qoşunları Azərbaycanın işğal olunan ərazilərindən çıxarılmalıdır”, - deyə E.Məmmədyarov cümə axşamı alman həmkarı Frank-Valter Ştanmayerlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Almaniya XİN başçısı Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü müsbət qiymətləndirib.
O, həmçinin münaqişənin nizamlanmasında müsbət rol oynamağa cəhd edən ATƏT-in rolunu yüksək qiymətləndirib. “Münaqişə sülh yolu ilə öz həllini tapmalıdır. Bunun üçün, ilk olaraq erməni qoşunları işğal olunan ərazilərdən çıxarılmalı, azərbaycanlı qaçqınlar öz yurdlarına qaylıtmalıdırlar. Biz hazırda münaqişənin nizamlanması istiqamətində çalışırıq və inanıram ki, sülhə nail olacağıq”, - deyə o əlavə edib. **
R.Babayev