Gələn həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana səfər edəcək. Bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov cümə axşamı mətbuat konfransında bildirib.
“Gələn həftə Sergey Lavrov regiona səfər edəcək. Öncə o iyulun 4-də İrəvana, sonra isə Bakıya gələcək”, - deyə E.Məmmədyarov bəyan edib.
Nazir əlavə edib ki, respublika nəinki Rusiya, həm də digər ölkələrdən silah alır.
Bununla yanaşı. E.Məmmədyarov vurğulayıb ki, Rusiya “böyük qonşumuzdur və Qarabağda müharibə istəmir”. “Rusiya üçün regionda sabitlik vacibdir”, - deyə o qeyd edib. **
R.Babayev