Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan Parisdə görüşəcəklər.
Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
"Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Fransada baş tutacaq. Fransa tərəfi prezidentlərin görüşünün keçirilməsini təklif edib. Biz bunun əleyhinə deyilik ", - deyə XİN başçısı bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündə münaqişənin nizamlanması üçün substantiv danışıqlara başlanılıb.
“Bizim üçün danışıqların nəticələri vacibdir. Biz danışıqlar xətrinə danışıqlar aparmaq
istəmirik”, - deyə E.Məmmədyarov əlavə edib.*
R.Babayev