SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti tərəfindən “Neft Daşları” yatağındakı quyuda qazma işlərinə başlanılıb. Bu barədə şirkətin saytında məlumat verilir.
2631 nömrəli quyu 418A saylı estakadayanı meydançadan qazılır. Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1,05 min metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.**
N.Abbasova