ABŞ tərəfinin təşəbbüsü ilə Ermənistan prezidenti Serj Sarqsyan və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər verir.
Məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin gedişini, xüsusilə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesini müzakirə ediblər.*